Daxili İşlər Nazirliyi polisə hücum ittihamı ilə bir nəfəri saxlayıb

10:14, 05.12.2024

 
Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin əməkdaşları həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində polisə hücum ittihamı ilə bir nəfəri – 2006-cı il təvəllüdlü S.C.-ni saxlayıblar.

Nazirliyin məlumatında cinayətin yeddi ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutduğu deyilir.

“İstintaqla müəyyən edilib ki, bıçaqla silahlanmış təqsirləndirilən şəxs cari ilin noyabrın 30-da Rustaveli prospektində aksiya zamanı sağlamlığına xəsarət yetirmək məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşına hücum edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilmiş istintaq hərəkətləri nəticəsində S.C.-ni Tbilisidə saxlayıblar.

Baş vermiş faktla əlaqədar istintaq Cinayət Məcəlləsinin 353-cü prima maddəsinin 1-ci hissəsi ilə aparılır.

Daxili İşlər Nazirliyində cari aksiyalar çərçivəsində zorakılıq törədən qruplar tərəfindən törədilmiş bütün cinayət əməlləri üzrə Cinayət Məcəlləsinin 187 və 353-cü prima maddələri ilə istintaq aparılır. İstintaq çərçivəsində bu vaxt üçün 7 nəfər saxlanılıb. Həmçinin, qrup halında zorakılığın təşkili, ona rəhbərlik etmək və ya iştirak etmək və zorakılıq xarakterli hərəkətlərə açıq çağırışı nəzərdə tutan Cinayət Məcəlləsinin 225 və 239-cu prima maddələri ilə 7 nəfər saxlanılıb. Bir nəfər isə partlayış hazırlamaq ittihamı ilə saxlanılıb.

Oxşar