Daxili İşlər Nazirliyi – polis Tbilisidə xüsusilə böyük miqdarda müxtəlif növ narkotik maddələr aşkar edib, iki nəfər saxlanılıb
Daxili İşlər Nazirliyi – polis Tbilisidə xüsusilə böyük miqdarda müxtəlif növ narkotik maddələr aşkar edib, iki nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo və Qldani-Nadzaladevi baş idarələrinin əməkdaşları xüsusilə böyük miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi-saxlanılması və realizasiyasına kömək etmək ittihamı ilə iki nəfəri saxlayıblar.

DİN-in məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilmiş şəxsi axtarış nəticəsində təqsirləndirilən şəxslərdən satış üçün hazırlanmış 49 bükümdə qablaşdırılmış xüsusilə böyük miqdarda “alfa-PVP” və “qurudulmuş marixuana” aşkar ediblər.

“İstintaq Cinayət Məcəlləsinin 260-cı və 260-cı prima maddələri ilə aparılır ki, bu da 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, – deyə DİN-in məlumatında qeyd olunur.