Daxili İşlər Nazirliyi - Polis kimsəyə seçkilərdə vəziyyəti gərginləşdirməyə imkan verməyəcək və qanunu pozan hərkəs cəzalandırılacaq
Daxili İşlər Nazirliyi - Polis kimsəyə seçkilərdə vəziyyəti gərginləşdirməyə imkan verməyəcək və qanunu pozan hərkəs cəzalandırılacaq

Daxili İşlər Nazirliyinin bəyanatına görə, mayın 19-da aralıq və növbədənkənar seçkilərdə qanunun və ictimai asayişin qorunması üçün polis necə paytaxtda, eləcədə regionlarda səfərbər olacaq.

Nazirliyin bəyanatında deyilir ki, polis kimsəyə seçkilərdə vəziyyəti gərginləşdirməyə imkan verməyəcək və qanunu pozan hərkəs, qanuna müvafiq şəkildə cəzalandırılacaq.

“Seçki prosesinə qoşulan bütün şəxslərə və təşkilatklara müraciət edirik ki, siyasi seçimindən və partiya aidiyyatınan asılı olmayaraq, qanunu qorusunlar və gərəkdiyi halda, polisə müraciət etsinlər və seçkilərin sakit mühitdə keçirilməsinə dəstək versinlər. Polis hər bir vətndaşın öz seçimini sakit və təhlükəsiz mühitdə etmək hüququnu qoruyacaq” – deyilir Nazirliyin bəyanatında.