Daxili İşlər Nazirliyi - Polis xüsusilə külli miqdarda narkotik vasitəni ələ keçirib, xarici ölkə vətəndaşı saxlanılıb
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz alınması-saxlanılması və satışına dəstək, eləcə də narkotik vasitə tərkibli bitkinin qanunsuz əkilməsi-becərilməsi ittihamı ilə Rusiya Federasiyasının vətəndaşı, 1980-ci il təvəllüdlü D.Ş.-ni saxlayıblar.
Məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi yayır.
Qurumun məlumatına əsasən, istintaqla hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən narkotik cinayəti ittihamı ilə saxlanılan D.Ş.-nin müvəqqəti mənzilində xüsusi istixana qurduğu və orada xüsusilə külli miqdarda narkotik vasitə tərkibli bitkini qanunsuz əkib-becərdiyi məlum olub.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları aparılan axtarış nəticəsində xüsusilə külli miqdarda qurudulmuş “marixuana” və “kannabis” bitkisini sübut olaraq götürüblər. Həmçinin, narkotik vasitənin becərilməsi və qablaşdırılması üçün lazım olan materiallar götürülüb. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260, 260-cı kvarta və 265-ci prima maddələri ilə aparılır, bu isə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur” – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.