Daxili İşlər Nazirliyi - Polis qəsdən adam öldürmə faktını "isti izlərlə" açıb, bir nəfər saxlanılıb
Daxili İşlər Nazirliyi - Polis qəsdən adam öldürmə faktını "isti izlərlə" açıb, bir nəfər saxlanılıb

 

Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin İstintaq və Müstəntiqlər Şöbəsinin əməkdaşları həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, qəsdən adam öldürmə və odlu silahın qanunsuz daşınması ittihamı ilə, 1967-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş R.L.-ni saxlayıblar. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır. Qurumun məlumatında, cinayətlərin 15 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutduğu deyilir.

“İstintaqla müəyyən edilib ki, cari ilin mayın 11-də Axmeta Munisipalitetində qarşılıqlı mübahisə zəminində, C.K. ov tüfəngi ilə atəş açaraq R.L.-ni ayaq nahiyəsindən yaralayıb. Bundan sonra isə, təqsirləndirilən şəxs R.L. odlu silahla C.K.-ya ölümcül xəsarət yetirib.

Təqsirləndirilən R.L. klinikaya aparılıb və müvafiq müalicə olunur, C.K. isə hadisə yerində dünyasını dəyişib.

Polis cinayətin törədilməsində istifadə olunan silahları – ov tüfəngini və pistoleti maddi sübut kimi götürüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 108 və 236-cı maddələri ilə aparılır” – DİN-in məlumatında qeyd olunub.