Daxili İşlər Nazirliyi - Polis Acarada xüsusilə böyük miqdarda “kokain”i müsadirə edib, xarici ölkə vətəndaşı saxlanılıb
Daxili İşlər Nazirliyinin Acara Polis Departamentinin əməkdaşları həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, Türkiyə Respublikası vətəndaşı 1991-ci il təvəllüdlü, S.B.-ni narkotik cinayəti ittihamı ilə saxlayıblar. Məlumatı DİN yayır.
Qurumun məlumatına əsasən, o, xüsusilə böyük miqdarda narkotik vasitə “kokain”in, eləcə də narkotik vasitə “marixuana”nın qanunsuz əldə edilməsi və saxlanmasında ittiham olunur. Cinayətlər 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları Batumidə təqsirləndirilən şəxsin müvəqqəti yaşadığı mənzildə axtarış nəticəsində, xüsusilə böyük miqdarda narkotik vasitəni “kokain”i, eləcə də narkotik vasitəni “qurudulmuş marixuana”nı maddi sübut kimi götürüblər.
İstintaq Cinayət Məcəlləsinin 260-cı və 273-cü prima maddəsi ilə aparılır” – DİN-in məlumatında qeyd olunub.