Daxili İşlər Nazirliyi - Polis Acarada baş vermiş qəsdən adam öldürməyə cəhd faktının üstünü "isti izlər"lə açıb, xarici ölkənin vətəndaşı saxlanılıb
Daxili İşlər Nazirliyi - Polis Acarada baş vermiş qəsdən adam öldürməyə cəhd faktının üstünü "isti izlər"lə açıb, xarici ölkənin vətəndaşı saxlanılıb

 

Daxili İşlər Nazirliyinin Acara Polis Departamentinin əməkdaşları Türkiyə Respublikasının vətəndaşı 1998-ci il təvəllüdlü D.Ş.-ni qəsdən adam öldürməyə cəhd ittihamı ilə saxlayıblar.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, istintaqla təqsirləndirilən şəxsin Batumidə Türkiyə vətəndaşı 1981-ci il təvəllüdlü A.F.-yə soyuq silahdan istifadə etməklə xəsarət yetirdiyi müəyyən edilib. Yaralı kişini klinikaya yerləşdiriblər və ona müvafiq tibbi yardım göstərilib.

“Polis D.Ş.-ni təqsirləndirilən şəxs qismində saxlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətin törədilməsində istifadə edilən silahı – bıçağı sübut olaraq götürüblər. İstintaq Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə aparılır, bu isə 15 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur” – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.