Daxili İşlər Nazirliyi - Parlament qarşısında tutuqlanmış altı şəxsdən biri axtarışdadır, biri isə şərti ittiham altında olan şəxsdir
Daxili İşlər Nazirliyi tərəfindən Parlament qarşısında keçirilən aksiya zamanı inzibati qayda ilə tutuqlanmış altı şəxsdən biri axtarışdadır, biri isə şərti ittiham altında olan şəxsdir, – qyed olunanla əlaqədar məlumatı Daxili İşlər Nazirliyi yayır.

İdarənin məlumatına əsasən, axtarılan şəxs 1994-cü ildə anadan olmuş İ.A.-nı və 1994-cü ildə anadan olmuş şərti ittiham altında olan Q.A.-nı polis Parlament binası qarşısında açılmış çadırda, aksiya iştirakçıları arasında  mübahisə zamanı tutuqladı.

Nazirlik tərəfindən yayılmış məlumata əsasən, patrul polisi departamentinin əməkdaşları, cari ilin 11 iyununda Tbilisidə, Rustaveli prospektində, Parlament binası qarşısında keçirilmiş aksiyada, polisin tələbinə itaətsizlik faktə üzrə, Gürcüstanın inzibati hüquq pozuntuları məcəlləsinin 173-cü maddəsi ilə altı şəxsi tutuqladı: 1987 təvəllüdlü M.A., 1980 təvəllüdlü N.K., 1994 təvəllüdlü Q.A., 1994 təvəllüdlü İ.A., 1981 təvəllüdlü M.L. və 2001 təvəllüdlü Q.T..

Nazirliyin bəyanatında qeyd olunduğu kimi, tutuqlanmış İ.A. Tbilisi Polis Departamentinin Vake-Saburtalonun idarəliyi tərəfindən cari ilin 5 iyunundan oğurluq üzrə axtarılırdı, Q.A. isə, 2016-cı ildə oğurluq ittihamı ilə məhkum olub və hazırda, şərti ittiham altındadır.

Rustaveli prospektində, Parlament yaxınlığında bir neçə şəxsi tutuqladılar.