Daxili İşlər Nazirliyi – Paata Burçuladze, Murtaz Zodelava, İrakli Nadiradze, Paata Manjgaladze və Laşa Beridze konstitusiya quruluşunu zorakılıq yolu ilə dəyişməyə çağırış ittihamı ilə saxlanılıb
Daxili İşlər Nazirliyi – Paata Burçuladze, Murtaz Zodelava, İrakli Nadiradze, Paata Manjgaladze və Laşa Beridze konstitusiya quruluşunu zorakılıq yolu ilə dəyişməyə çağırış ittihamı ilə saxlanılıb

Daxili İşlər Nazirliyinin əməkdaşları Paata Burçuladzeni, Murtaz Zodelavanı, İrakli Nadiradzeni, Paata Manjgaladzeni və Laşa Beridzeni saxlayıblar, – bu barədə daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze bildirib.

Onun sözlərinə görə, saxlanılanları doqquz ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

“Onlara Gürcüstanın konstitusiya quruluşunu zorakılıq yolu ilə dəyişməyə və ya dövlət çevrilişinə çağırış ittihamı irəli sürülür. Həmçinin, qrup halında zorakılığın təşkili, rəhbərliyi və iştirakına görə də ittiham olunurlar. Cinayətlər doqquz ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur. Hüquq-mühafizə orqanlarının topladığı sübutlar və müxtəlif vasitələrlə yayılan video materialların araşdırılması nəticəsində müəyyən olunub ki, Azadlıq Meydanında keçirilən aksiyanın zamanı təşkilatçılar tərəfindən zorakı məzmunlu çağırışlar səsləndirilib. Belə çağırışlar cari ilin 4 oktyabrınadək də səsləndirilirdi.

DİN aksiyanın iştirakçılarına dəfələrlə müraciət edib ki, toplaşma-manifestasiya dinc olsun və qanunla müəyyən edilmiş çərçivələri aşmasın. Lakin aksiyada səslənən zorakı çağırışlardan sonra aksiyanın bir neçə iştirakçısı və təşkilatçısı Atonel küçəsində yerləşən prezident sarayının baryerlərini dağıdıblar və prezident sarayını ələ keçirməyə cəhd göstəriblər. İstintaq Cinayət Məcəlləsinin 317-ci, 322-ci, 222-ci, 225-ci və 187-ci maddələri ilə aparılır,” – deyə Daraxvelidze bildirib.