Daxili İşlər Nazirliyi - Ölkə miqyasında polis tədbirləri nəticəsində onlarla qanunsuz odlu silah, döyüş sursatı və partlayıcı maddələr ələ keçirilib, 51 nəfər saxlanılıb
Ötən iki gün ərzində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən ölkə miqyasında keçirilən polis və o cümlədən, profilaktik tədbirlər nəticəsində onlarla qanunsuz odlu silah, döyüş sursatı və partlayıcı maddələr ələ keçirilib. Ümumilikdə 51 nəfər saxlanılıb. Bununla əlaqədar nazirin müavini Aleksandre Daraxvelidze Daxili İşlər Nazirliyində brifinq keçirib.
Nazir müavininin qeyd etdiyi kimi, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsi ilə aparılır, bu da yeddi ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
“İctimai asayişi və vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə Gürcüstanın Daxili İşlər Nazirliyinin əməkdaşları gündəlik olaraq mütəşəkkil cinayətkarlığa qarşı fəal mübarizə aparmağa davam edirlər. Nazirlik bu istiqamətdə sistemli şəkildə polis, o cümlədən profilaktik tədbirlər həyata keçirir.
Ötən iki gün ərzində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən ölkə miqyasında keçirilən polis və o cümlədən, profilaktik tədbirlər nəticəsində onlarla qanunsuz odlu silah, döyüş sursatı və partlayıcı maddələr ələ keçirilib. Ümumilikdə 51 nəfər saxlanılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd olunan tədbirləri hakimin qərarı əsasında Tbilisidə və Gürcüstanın müxtəlif bölgələrində keçiriblər.
Polis saxlanılan şəxslərin üzərində, yaşayış evlərində, yardımçı anbar və onların avtomobillərində axtarışlar zamanı çox sayda odlu silah və avtomatik odlu silahları, əl qumbaraları, avtomat daraqları, yüzlərlə patron və partlayıcı maddələri sübut olaraq ələ keçirib. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsi ilə aparılır, bu da yeddi ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən effektiv polis və profilaktik tədbirlər nəticəsində ölkədə həyat və sağlamlığa qarşı törədilən cinayətlərin sayı azalıb, bunu bizim tərəfimizdən dərc edilən rəsmi statistika da aşkar edir.
Vətəndaşların təhlükəsizliyinin qorunması fəaliyyətimizin əsas prioritetlərindən biridir. Nazirlik ölkədə asayişin və təhlükəsiz mühitin təmin olunması üçün cinayətin qarşısının alınması istiqamətində fəal və ardıcıl işini gələcəkdə də davam etdirəcək” – Daraxvelidze bildirib.