Daxili İşlər Nazirliyi oktyabrın 4-də Tbilisidə inkişaf etmiş hadisələrlə bağlı daha bir şəxsi saxlayıb
Daxili İşlər Nazirliyi oktyabrın 4-də Tbilisidə inkişaf etmiş hadisələrlə bağlı daha bir şəxsi saxlayıb

 

Daxili İşlər Nazirliyi oktyabrın 4-də Tbilisidə inkişaf etmiş hadisələrlə bağlı daha bir şəxsi saxlayıb.

Qurumun məlumatında, hüquq-mühafizə orqanlarının əməkdaşlarının cinayəti törədən digər şəxslərin müəyyən edilməsi məqsədilə müvafiq istintaq hərəkətlərini davam etdirdikləri deyilir.

“Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentində cari ilin oktyabrın 4-də Tbilisidə inkişaf etmiş hadisələr ilə bağlı başladılmış istintaq çərçivəsində, hüquq-mühafizə orqanlarının əməkdaşları daha bir şəxsi Q.K.-ni saxlayıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törətmiş digər şəxslərin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə müvafiq istintaq hərəkətlərini davam etdirirlər. İstintaq Cinayət Məcəlləsinin 317-ci, 222-ci, 225-ci və 187-ci maddələri ilə aparılır” – Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.