Daxili İşlər Nazirliyi oktyabrın 4-də Tbilisidə inkişaf etmiş hadisələrlə bağlı daha 12 nəfəri saxlayıb
Daxili İşlər Nazirliyi oktyabrın 4-də Tbilisidə inkişaf etmiş hadisələrlə bağlı daha 12 nəfəri saxlayıb. Bu barədə daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze brifinqdə deyib.
O, qeyd olunan işlə bağlı ümumilikdə artıq 35 nəfərin saxlanıldığını bildirib.
“Gürcüstanın Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentində cari ilin oktyabrın 4-də Tbilisi şəhərində inkişaf etmiş cinayət hadisələri ilə bağlı istintaq fəal şəkildə davam edir.
İstintaq çərçivəsində intensiv rejimdə keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, hüquq-mühafizə orqanlarının əməkdaşları daha 12 nəfəri – S.K., Z.C., K.K., Q.K., Q.Ğ., S.A., Q.K., A.Ç., L.C., S.T., L.İ., və B.K.-ni saxlayıblar.
İstintaq çərçivəsində əldə edilmiş sübutlarla müəyyən olunub ki, saxlanılan şəxslər oktyabrın 4-də aksiyanın təşkilatçıları ilə birlikdə Atonelidə yerləşən Prezident Sarayının hasarlarını sındırıblar və saraya daxil olmağa cəhd ediblər.
Cari istintaq çərçivəsində bu vaxt üçün aksiyanın təşkilatçıları, eləcə də qanunazidd və zorakı hərəkətlər törədən iştirakçılar da daxil olmaqla ümumilikdə 35 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin əməkdaşları cinayəti törətmiş digər şəxslərin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə müvafiq istintaq hərəkətlərini davam etdirirlər. Baş vermiş faktlarla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 187, 222, 225 və 317-ci maddələri ilə aparılır” – Aleksandre Daraxvelidze bildirib.