Daxili İşlər Nazirliyi - Nazirliyin Obyektlərin Mühafizəsi Departamenti yeni sistemə keçir və işçilərin işə qəbulunu elan edir
Daxili İşlər Nazirliyi - Nazirliyin Obyektlərin Mühafizəsi Departamenti yeni sistemə keçir və işçilərin işə qəbulunu elan edir

 
Yeni Müdafiə Məcəlləsi və daxili işlər nazirinin müvafiq əmrləri əsasında Gürcüstanın Daxili İşlər Nazirliyinin Obyektlərin Mühafizəsi Departamenti yeni sistemə keçir və mühafizə əməkdaşı vəzifəsinə işə qəbul elan edir. Bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayır.

Qurumun məlumatına əsasən, işləmək istəyənlərə Obyektlərin Mühafizəsi Departamentində aşağıdakı üstünlüklərdən yararlanmaq imkanı verilir: Karyera yüksəlişi imkanı; Xüsusi rütbə; Minimum rəsmi əmək haqqı 1943 lari (hesablanmış); Ailə tibbi sığortası; Qida ilə təminat; Növbəli işləmək imkanı; Qeydiyyat həm icbari hərbi xidməti başa vurmuş, həm də hələ başa vurmamış vətəndaşlar üçün əlçatandır.

Maraqlanan şəxslərin onlayn platformada qeydiyyatdan keçmək imkanı var” – DİN-in məlumatında qeyd olunub.