Daxili İşlər Nazirliyi narkotik cinayəti törətməkdə şübhəli bilinən üç xarici ölkə vətəndaşını saxlayıb
Daxili İşlər Nazirliyinin Mtsxeta-Mtianeti Polis Departamentinin Mtsxeta Rayon İdarəsinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitəni qrup halında qanunsuz əldə etmə-saxlama və satışına yardım göstərmə ittihamı ilə üç xarici ölkə vətəndaşını saxlayıblar. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 260 və 260¹-ci maddələri ilə araşdırma aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
“Polis əməkdaşları yoxlama məqsədilə saxlanılan və içərisində təqsirləndirilən şəxslərin olduğu avtomobili axtararkən, xüsusilə külli miqdarda narkotik vasitə olan metadon maddi sübut kimi götürülüb.
Saxlanılan şəxslərin müvəqqəti yaşadıqları evdə aparılan axtarış zamanı isə polis tərəfindən narkotik vasitələrin qablaşdırılması üçün lazım olan materiallar da götürülüb”, – deyə Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.