Daxili İşlər Nazirliyi narkotik cinayəti ittihamı ilə xarici ölkənin iki vətəndaşını saxlayıb
Daxili İşlər Nazirliyi narkotik cinayəti ittihamı ilə xarici ölkənin iki vətəndaşını saxlayıb

 

Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polisi Departamentinin Narkotiklərin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Baş İdarəsi və Sameqrelo-Zemo Svaneti Polis Departamentinin əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, xüsusilə böyük miqdarda narkotik vasitənin qanunsuz alınması və saxlanması ittihamı ilə Ukrayna vətəndaşları: 2004-cü il təvəllüdlü E.B. və 1984-cü il təvəllüdlü İ.B. saxlanılıb. Məlumatı Daxili İşlər Nazirliyi yayır.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxslərin üzərində və müvəqqəti yaşadıqları evdə aparılan axtarış nəticəsində xüsusilə böyük miqdarda narkotik vasitə olan “Metadon”u götürüblər.

İstintaq hərəkətləri nəticəsində, polis tərəfindən maddi sübut kimi, elektron tərəzilər də götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə aparılır. Cinayətlər 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur” – Daxili İşlər Nazirliyinin məlumatında qeyd edilib.