Daxili İşlər Nazirliyi narkotik cinayəti ittihamı ilə xarici ölkə vətəndaşını saxlayıb
Daxili İşlər Nazirliyi narkotik cinayəti ittihamı ilə xarici ölkə vətəndaşını saxlayıb

 

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Acara Baş İdarəsi və Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, xüsusilə külli miqdarda psixotrop maddənin qanunsuz əldə edilməsi, saxlanması və Gürcüstana gətirilməsi ittihamı ilə İsrail vətəndaşı, 2008-ci il təvəllüdlü İ.R. Batumi Beynəlxalq Hava Limanında saxlanılıb. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.

Qurumun məlumatına əsasən, cinayət 12 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilmiş istintaq hərəkətləri, o cümlədən təqsirləndirilən şəxsin səyahət baqajında axtarış nəticəsində, maddi sübut kimi 1 120 ədəd psixotrop maddə “Pregabalin”i ələ keçiriblər. Polis İ.R.-ni təqsirləndirilən şəxs qismində saxlayıb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 261-ci və 263-cü maddələrinin üçüncü hissəsi ilə aparılır” – Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.