Daxili İşlər Nazirliyi narkotik cinayəti ittihamı ilə xarici ölkə vətəndaşını saxlayıb, xüsusilə külli miqdarda narkotik ələ keçirilib
Daxili İşlər Nazirliyi narkotik cinayəti ittihamı ilə xarici ölkə vətəndaşını saxlayıb, xüsusilə külli miqdarda narkotik ələ keçirilib

 

Daxili İşlər Nazirliyinin İmereti Polis Departamentinin Tercola Rayon İdarəsinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz alınması, saxlanması və satışına kömək etmək ittihamı ilə 1998-ci il təvəllüdlü Ukrayna vətəndaşı İ.X.-ni saxlayıblar.

DİN-in məlumatına əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsin müvəqqəti mənzilində axtarış nəticəsində satışa hazırlanmış xüsusilə külli miqdarda narkotik vasitə “Metadon”u sübut olaraq götürüblər.

Aparılan istintaq hərəkətləri nəticəsində polis tərəfindən həmçinin narkotik vasitənin qablaşdırılması üçün lazım olan materiallar götürülüb.

İstintaq Cinayət Məcəlləsinin 260 və 260-cı kvarta maddələri ilə aparılır, bu da 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.