Daxili İşlər Nazirliyi narkotik cinayəti ittihamı ilə iki nəfəri saxlayıb
Daxili İşlər Nazirliyi narkotik cinayəti ittihamı ilə iki nəfəri saxlayıb

 

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Narkotiklərin Qanunsuz Dövriyyəsi ilə Mübarizə Baş İdarəsinin əməkdaşları əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, külli və xüsusilə külli miqdarda narkotik vasitələrin bir neçə dəfə qanunsuz alınması və saxlanılması ittihamı ilə keçmişdə məhkum olunmuş, 1968-ci il təvəllüdlü C.B.-ni və Azərbaycan Respublikasının vətəndaşı, 1976-cı il təvəllüdlü A.H.-ni saxlayıblar.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxslərin üzərində və yaşayış evlərində axtarış nəticəsində narkotik vasitələri – “Metadon”, “Subotex” və “Heroin”i götürüblər. Həmçinin, elektron tərəzilər maddi sübut kimi götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə aparılır” – məlumatda qeyd olunub.