Daxili İşlər Nazirliyi narkotik cinayəti ittihamı ilə iki nəfəri saxlayıb
Daxili İşlər Nazirliyi narkotik cinayəti ittihamı ilə iki nəfəri saxlayıb

 

Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin Tbilisi Baş Bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz alınması və saxlanması, qanunsuz satışına kömək etmək və narkotik vasitədən həkimin təyinatı olmadan qanunsuz istifadə faktları üzrə, 1999-cu il təvəllüdlü əvvəllər məhkumluq həyatı yaşamış Ş.R.-ni və 1987-ci il təvəllüdlü İran vətəndaşı M.Ğ.-ni müxtəlif vaxtlarda saxlayıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisidə saxlanılan şəxslərin üzərində axtarış zamanı maddi dəlil olaraq satış üçün qablaşdırılmış narkotik vasitələri, o cümlədən “Metadon” və “quru marixuana”nı götürüblər.

İstintaq Cinayət Məcəlləsinin 260, 260-cı kvarta və 273-cü maddələri ilə aparılır, bu isə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.

Bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayır.