Daxili İşlər Nazirliyi narkotik cinayəti ittihamı ilə Azərbaycan vətəndaşını saxlayıb
Daxili İşlər Nazirliyi narkotik cinayəti ittihamı ilə Azərbaycan vətəndaşını saxlayıb

 

Mərkəzi Cinayət Polisinin Acara Baş İdarəsinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması və satışına kömək etmək ittihamı ilə Azərbaycan Respublikasının vətəndaşı 1989-cu il təvəllüdlü M.T.-ni Zuqdidi Munisipalitetində saxlayıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsin üzərində və müvəqqəti yaşayış evində axtarış zamanı, xüsusilə külli miqdarda narkotik vasitə “Metadon”u sübut olaraq götürüblər.

İstintaq hərəkətləri nəticəsində polis tərəfindən narkotik vasitənin qablaşdırılması üçün zəruri materiallar da götürülüb.

İstintaq Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsinin “a” yarımbəndi və 260-cı kvarta maddəsinin “a” yarımbəndi ilə aparılır, bu isə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.

Bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayır.