Daxili İşlər Nazirliyi narkotik cinayəti ittihamı ilə 84 nəfəri saxlayıb, külli miqdarda narkotik, odlu silah və döyüş sursatı ələ keçirilib
Ölkə miqyasında aparılan əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində narkotik cinayəti ittihamı ilə 84 nəfər saxlanılıb və müxtəlif növ xüsusilə külli miqdarda narkotik və psixotrop maddələr, eləcə də odlu silah və döyüş sursatı ələ keçirilib – bu haqda Mərkəzi Cinayət Polisi Departamentinin direktoru Davit Kiknadze brifinqdə deyib.
Brifinqdə qeyd etdikləri kimi, saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var.
“Polis hakimin qərarı əsasında, narkotik cinayətinin aşkarlanması və təqsirləndirilən şəxslərin ifşa edilməsi məqsədilə, bir sıra gizli istintaq hərəkətləri həyata keçirib, bunun nəticəsində də saxlanılmış narkotik alverçilərinin narkotik vasitələri müxtəlif üsullarla vətəndaşlara sistematik şəkildə işə keçirdikləri müəyyən edilib.
Həmçinin, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bir neçə dəfə narkotik vasitələrin nəzarət məqsədilə alınması həyata keçirilib və bu alışlar zamanı gizli audio-video çəkiliş aparılıb.
Saxlanılanların üzərində, yaşayış evlərində və avtomobillərində axtarış zamanı, eləcə də onların göstərdiyi yerlərdən müxtəlif növ xüsusilə külli miqdarda narkotik vasitə, o cümlədən “heroin”, “kokain”, “metadon”, “buprenorfin”, “marixuana” və s. dəlil olaraq götürülüb.
Həmçinin, istintaq hərəkətləri nəticəsində narkotik vasitələrin qablaşdırılması üçün lazım olan materiallar və ehtimal ki, narkotik vasitələrin satışı nəticəsində əldə edilən vəsait ələ keçirilib.
Həmçinin, qeyd olunan polis tədbiri çərçivəsində ölkəyə xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz gətirilməsi faktının qarşısı alınıb. Mərkəzi Cinayət Polisi Departamentinin və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları tərəfindən Tbilisi Beynəlxalq Hava Limanında Ukrayna Respublikasının vətəndaşı saxlanılıb. Onun üzərində axtarış nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə “buprenorfin” tərkibli 2500-dən çox həb ələ keçirilib.
İstintaq Cinayət Məcəlləsinin 260, 260-cı tertsia, 260-cı kvarta, 261, 262, 265-ci Prima və 236-cı maddələri ilə aparılır, bu da 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.
Narkotik cinayətinə qarşı mübarizə nazirliyin əsas prioritetlərindən biri olaraq qalır. Polis bölmələri tərəfindən bu kateqoriyalı cinayətə qoşulan şəxslərə qarşı qanunla nəzərdə tutulmuş ən sərt tədbirlər görüləcək” – Daxili İşlər Nazirliyində keçirilən brifinqdə bildiriblər.