Daxili İşlər Nazirliyi - Mtkvaridə ( Kür) cari xilasetmə tədbiri çərçivəsində Mtkvarinin məcrasında suyun səviyyəsinin azaldılması planlaşdırılır, əhalini ehtiyatlı olmağa çağırırıq
Daxili İşlər Nazirliyi - Mtkvaridə ( Kür) cari xilasetmə tədbiri çərçivəsində Mtkvarinin məcrasında suyun səviyyəsinin azaldılması planlaşdırılır, əhalini ehtiyatlı olmağa çağırırıq

 

Mtkvaridə ( Kür) cari xilasetmə tədbiri çərçivəsində Mtkvarinin məcrasında suyun səviyyəsinin azaldılması planlaşdırılır, əhalini ehtiyatlı olmağa çağırırıq – bu barədə Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda qeyd edildiyi kimi, xilasetmə tədbirləri fasiləsiz rejimdə davam edir.

“Tbilisidə Mtkvarinin (Kür) sol sahilində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində içərisində bir neçə sərnişinin olduğu avtomobil Mtkvari çayına düşüb. Daxil olan bildirişi alan kimi, yanğınsöndürən-xilasedicilər tərəfindən axtarış-xilasetmə tədbiri başladı, nəticədə bir nəfərin sudan salamat çıxarılması mümkün oldu. Bu vaxta qədər avtomobildə olan digər sərnişinlərin xilas edilməsi istiqamətində yanğınsöndürən-xilasedicilərlə yanaşı, dalğıc qrupları, su vasitələri və bütün müvafiq su üzərində xilasetmə texnikasının iştirak etdiyi xilasetmə tədbiri fasiləsiz rejimdə davam edir.
İctimaiyyətə məlumat vermək istəyirik ki, Mtkvari çayında cari xilasetmə tədbiri çərçivəsində Mtkvarinin məcrasında suyun səviyyəsinin təbii göstəriciyə qədər azaldılması planlaşdırılır. Bu, su axınının rejiminin pozulması ilə bağlıdır. Əhalini ehtiyatlı olmağa və Ortacala SES-in aşağı byefində məcra, ətraf ərazilərdə hərəkət etməkdən çəkinməyə çağırırıq” – Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.