Daxili İşlər Nazirliyi – “Milli Hərəkat” tərəfindən elan edilmiş aksiyanın təşkilatçılarını və iştirakçılarını toplaşma-yürüş haqqında qanunla müəyyən edilmiş normalardan kənara çıxmamağa və polisin tələblərinə itaət etməyə çağırırıq

18:47, 01.10.2026

 

Gürcüstanın Daxili İşlər Nazirliyi “Milli Hərəkat” tərəfindən elan edilmiş aksiya ilə bağlı bəyanat yayır.

Daxili İşlər Nazirliyi toplaşmanın təşkilatçılarını və iştirakçılarını “Tbilisoba 2026” tədbirlərinin hazırlıq işlərinə maneə olmamağa, müvafiq xidmətlərin iş apardığı ərazilərə daxil olmamağa, həmçinin söküntü işlərinin aparıldığı Riğe küplərinin ətraf ərazisinə yaxınlaşmamağa çağırır.

Qurumun izahatına əsasən, polis qanunla verilmiş səlahiyyət çərçivəsində müvafiq reaksiya verəcək.

“Bir sıra mediada yayılan məlumata əsasən, “Vahid Milli Hərəkat” tərəfindən elan edilmiş aksiyanın iştirakçıları, təşkilatçılara əvvəlcədən verilmiş izahat və göstərişlərə baxmayaraq, yenə də Riğe küplərinin ətraf ərazisində toplaşma keçirməyi planlaşdırırlar.

Qeyd olunanlardan irəli gələrək, Daxili İşlər Nazirliyi ərazidəki mövcud şərait və təhlükəsizlik tədbirləri barədə ictimaiyyətə bir daha məlumat verməyi məqsədəuyğun hesab edir.

Aksiyanın təşkilatçılarına dəfələrlə izah edildiyi kimi, Avropa meydanı və Riğe Parkının ətraf ərazisində “Tbilisoba 2026″ tədbirləri ilə əlaqədar Tbilisi Munisipalitetinin müvafiq xidmətləri tədbir üçün lazımi hazırlıq işlərinə başlayıblar.

Daxili İşlər Nazirliyi toplaşmanın təşkilatçılarını və iştirakçılarını “Tbilisoba 2026” tədbirlərinin hazırlıq işlərinə maneə olmamağa və müvafiq xidmətlərin iş apardığı ərazilərə daxil olmamağa çağırır.

Bununla yanaşı, vətəndaşların söküntü işlərinin davam etdiyi Riğe küplərinin ətraf ərazisinə yaxınlaşmaması xüsusilə vacibdir. Cari işlərin xüsusiyyətindən irəli gələrək, qeyd olunan əraziyə vətəndaşların daxil olması və hərəkət etməsi yüksək təhlükəsizlik riskləri ilə bağlıdır və onların həyatı və sağlamlığı üçün təhlükə yarada bilər.

Daxili İşlər Nazirliyi aksiyanın təşkilatçılarını və iştirakçılarını bir daha toplaşma-yürüş haqqında qanunla müəyyən edilmiş normalardan kənara çıxmamağa, ərazidəki vəziyyəti nəzərə almağa, təhlükəsizlik qaydalarına riayət etməyə, cari işlərə maneə olmamağa və polisin qanuni tələblərinə itaət etməyə çağırır.

Polis yerində ictimai asayişi və vətəndaşların təhlükəsizliyinin qorunmasını təmin edəcək və qanunla verilmiş səlahiyyət çərçivəsində müvafiq reaksiya verəcək” – Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

Oxşar