Daxili İşlər Nazirliyi Metexi körpüsü yaxınlığındakı ərazidə baş verən faktla bağlı bəyanat yayır
Metexi körpüsü yaxınlığında baş verən faktla bağlı hadisədə iştirak edən hər üç tərəf dindirilib – bu barədə DİN-in bəyanatında deyilir.
DİN-in bəyanatına əsasən, cinayətdə təqsirləndirilən şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunmaları məqsədilə müvafiq istintaq hərəkətləri davam etdirilir.
“Daxili İşlər Nazirliyinin əməkdaşları cari ilin oktyabrın 3-də Metexi körpüsü yaxınlığındakı ərazidə baş verən faktla bağlı ötən gecə ərzində intensiv rejimdə əməliyyat-istintaq hərəkətləri həyata keçiriblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisədə iştirak edən hər üç tərəf dindirilib və münaqişənin başlanma səbəbi kimi “Milli Hərəkat”ın üzvləri ilə məbəddə xidmət edən şəxslər arasında baş vermiş və yaxınlıqdakı ərazidə yerləşən restorandan çıxan şəxslərin də qarışdığı mübahisəni göstərirlər.
Mübahisə fiziki qarşıdurmaya çevrilib, nəticədə bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İstintaqın bu mərhələsində alınan ifadələrlə müəyyən edilir ki, davada İqor Narmania ilə birlikdə olan ondan çox gənc və məbəddə xidmət edən şəxsləri qoruyan iki gənc iştirak edib. Bunu İqor Narmanianı müşayiət edən gənclərdən biri də ifadəsində təsdiq edir.
Cinayətdə təqsirləndirilən şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunmaları məqsədilə müvafiq istintaq hərəkətləri iş üzrə davam etdirilir.
İstintaq Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə aparılır, bu da qrup halında törədilmiş zorakılığı nəzərdə tutur” – DİN-in bəyanatında deyilir.