Daxili İşlər Nazirliyi Mestia Munisipalitetində turist cütlüyə hücum faktı ilə əlaqədar iki maddə ilə istintaq başladıb

11:09, 06.01.2025

 

Mestia Munisipalitetində turist cütlüyə hücum ediblər.

Mövcud məlumata əsasən, cütlüyə ehtimal ki, iki nəfər hücum edib və hüquq-mühafizə orqanlarının işçiləri onları axtarırlar.

Zərərçəkmiş qadın polis bölməsinə aparılıb, kişini isə bu vaxtadək axtarırlar.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, faktla əlaqədar Gürcüstanın Cinayət Məcəlləsinin 236 və 179-cu maddələri ilə istintaq başladılıb, bu da qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə və soyğunçuluğu nəzərdə tutur.

Oxşar