Daxili İşlər Nazirliyi Marneuli-Bolnisi yolunda baş vermiş yol-nəqliyyat hadisəsini törədən sürücünün saxlanılması haqda məlumat verir
Daxili İşlər Nazirliyi Marneuli-Bolnisi yolunda baş vermiş yol-nəqliyyat hadisəsini törədən sürücünün saxlanılması haqda məlumat verir

 
Daxili İşlər Nazirliyinin Patrul Polis Şöbəsinin Kvemo Kartli Baş İdarəsinin əməkdaşları “isti izlər”lə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Marneulini Bolnisi ilə birləşdirən avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsini törədən sürücünü, 2003-cü il təvəllüdlü T.Ç.-ni saxlayıblar. Bu barədə Daxili İşlər Nazirliyi tərəfindən yayılmış məlumatda deyilir.

“İstintaqla müəyyən edilib ki, sözügedən şəxs idarə etdiyi avtomobildə 4 sərnişinlə birlikdə avtomobil yolunda hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi baş verib, nəticədə piyada olan iki yeniyetmədən biri yerindəcə, digəri isə tibb müəssisəsində dünyasını dəyişib” – Daxili İşlər Nazirliyindən bildirirlər.

Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq aparılır.

Marneuli-Bolnisi yolunda iki yeniyetmənin həyatını itirməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi bir neçə saat bundan əvvəl baş verib.