Daxili İşlər Nazirliyi külli miqdarda vəsaitin dələduzluq yolu ilə mənimsənilməsi ittihamı ilə bir nəfəri saxlayıb
Daxili İşlər Nazirliyi külli miqdarda vəsaitin dələduzluq yolu ilə mənimsənilməsi ittihamı ilə bir nəfəri saxlayıb

 

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Rustavi Şəhər Bölməsinin əməkdaşları külli miqdarda dələduzluq törətmək ittihamı ilə bir nəfəri saxlayıblar.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən cinayət işi üzrə aparılan istintaq hərəkətləri nəticəsində təqsirləndirilən şəxsin xaricdən 43 avtomobil gətirtmək müqabilində xarici ölkə vətəndaşının ödədiyi 374 000 ABŞ dollarını dələduzluq yolu ilə mənimsədiyi və öhdəliyi yerinə yetirmədiyi müəyyən edilib.

Polis aparılan istintaq hərəkətləri nəticəsində cinayəti törədən şəxsi – avtomobil satıcısı şirkətlərindən birinin direktorunu təqsirləndirilən şəxs qismində saxlayıb.

İstintaq Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin “b” yarımbəndi ilə aparılır, bu da doqquz ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.