Daxili İşlər Nazirliyi külli miqdarda vəsaiti dələduzluq yolu ilə mənimsəmək ittihamı ilə, əvvəllər məhkum olunmuş şəxsi saxlayıb
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İstintaq Baş İdarəsinin Dələduzluğa Qarşı Mübarizə İdarəsinin və Detektivlər Baş İdarəsinin əməkdaşları külli miqdarda vəsaiti dələduzluq yolu ilə mənimsəmək ittihamı ilə, əvvəllər məhkum olunmuş şəxsi saxlayıblar.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs tanış kişiyə müəyyən məbləğdə pul müqabilində bazar dəyərindən ucuz qiymətə satmaq məqsədilə mobil telefonlar alacağını və texnikanın satışından əldə olunan gəliri bərabər bölüşdürəcəyini vəd edib. Lakin verdiyi vədə əməl etməyərək zərərçəkənə məxsus külli miqdarda vəsaiti — 45 360 larini qanunsuz olaraq mənimsəyib.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində kişini hakimin qərarı əsasında təqsirləndirilən şəxs qismində saxlayıblar.
İstintaq Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsi ilə aparılır, bu da 9 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur” – məlumatda qeyd olunub.