Daxili İşlər Nazirliyi külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması, satışına kömək göstərilməsi ittihamı ilə iki nəfəri saxlayıb
Daxili İşlər Nazirliyi külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması, satışına kömək göstərilməsi ittihamı ilə iki nəfəri saxlayıb

 

Daxili İşlər Nazirliyinin Acara Polis Departamentinin əməkdaşları müxtəlif vaxtlarda keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması, qanunsuz satışına kömək göstərilməsi və tərkibində narkotik olan bitkinin qanunsuz əkilib-becərilməsi ittihamı ilə 1992-ci il təvəllüdlü L.K. və 2001-ci il təvəllüdlü Türkiyə vətəndaşı İ.O.-nu saxlayıblar.

Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.

Qurumun məlumatına əsasən, cinayətlər 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxslərin üzərində, yaşayış evlərində axtarış zamanı, eləcə də yerlərdən birindən satış üçün hazırlanmış müxtəlif növ narkotik vasitəni, o cümlədən “MDMA”, “Alfa-PVP”, “Metadon”, “qurudulmuş marixuana” və “kannabis bitkisi”ni maddi sübut kimi götürüblər, həmçinin, narkotik vasitələrin qablaşdırılması üçün lazım olan materiallar götürülüb. İstintaq Cinayət Məcəlləsinin 260-cı, 260-cı kvarta və 265-ci prima maddələri ilə aparılır” – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.