Daxili İşlər Nazirliyi xüsusilə külli miqdarda narkotik vasitələrin Gürcüstana qanunsuz gətirilməsi faktının qarşısını alıb, dəyəri bir milyon laridən çox olan “kokain” götürülüb

12:06, 24.12.2025

 

Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polisi Departamentinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz şəkildə əldə edilməsi-saxlanılması və Gürcüstana gətirilməsi ittihamı ilə Rusiya Federasiyasının vətəndaşı – 1989-cu il təvəllüdlü A.Q.-ni saxlayıblar. Bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisi Beynəlxalq Hava Limanında saxlanılan şəxsə məxsus səyahət çantasında xüsusi olaraq hazırlanmış saxlanc yerindən qara bazarda dəyəri bir milyon laridən çox olan 1 kiloqram 200 qram “kokain” narkotik vasitəsini götürüblər.

İstintaq Cinayət Məcəlləsinin 260 və 262-ci maddələri ilə aparılır, bu isə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.

Oxşar