Daxili İşlər Nazirliyi Kaxetidə polisə qarşı qrup halında törədilmiş müqavimət və zorakılıq ittihamı ilə üç nəfəri saxlayıb
Daxili İşlər Nazirliyi Kaxetidə polisə qarşı qrup halında törədilmiş müqavimət və zorakılıq ittihamı ilə üç nəfəri saxlayıb

 

Gürcüstanın Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin Laqodexi Rayon Bölməsinin əməkdaşları polisə qarşı qrup halında törədilmiş müqavimət və zorakılıq ittihamı ilə üç nəfəri: 2001-ci il təvəllüdlü N.Ş. və keçmişdə məhkumluq həyatı yaşamış: 1990-cı il təvəllüdlü İ.K. və 1994-cü il təvəllüdlü L.İ.-ni saxlayıblar.

DİN-in məlumatına əsasən, istintaqla müəyyən edilib ki, cari ilin yanvarın 27-də Laqodexi Munisipalitetinin kəndlərindən birində hüquq-mühafizə orqanlarının əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən yoxlamaq məqsədilə üç nəfəri saxlayıblar, bu zaman təqsirləndirilən şəxslər polislərə müqavimət göstəriblər, onlara qarşı sözlü, eləcə də fiziki təhqirə yol veriblər.

“Qeyd olunan zorakılıq əməli nəticəsində Daxili İşlər Nazirliyinin dörd əməkdaşı müxtəlif növ bədən xəsarətləri alıb. İş üzrə aparılan istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları üç nəfəri hadisə yerindəcə təqsirləndirilən şəxs qismində saxlayıblar. İstintaq Cinayət Məcəlləsinin 353-cü maddəsi ilə aparılır, bu da 8 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur” – DİN-in məlumatında qeyd olunub.