Daxili İşlər Nazirliyi - Hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitənin Gürcüstana gətirilməsi faktının qarşısını alıblar

 

Gürcüstanın Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları birgə keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz şəkildə əldə edilməsi, saxlanılması və Gürcüstana qanunsuz şəkildə gətirilməsi ittihamı ilə Ermənistan Respublikasının vətəndaşı, 1984-cü il təvəllüdlü A.V.-ni saxlayıblar. Məlumatı Daxili İşlər Nazirliyi yayır.

Qurumun məlumatında cinayətin 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutduğu deyilir.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları “Sadaxlo” buraxılış məntəqəsinin ərazisində, təqsirləndirilən şəxsin idarə etdiyi avtomobilə ətraflı baxış nəticəsində, xüsusilə külli miqdarda — bir kiloqrama qədər narkotik vasitə “klefedron”u maddi sübut kimi götürüblər. İstintaq Cinayət Məcəlləsinin 260-cı və 262-ci maddələri ilə aparılır” – Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunur.