Daxili İşlər Nazirliyi - Hökumətin fərmanında dəyişikliklər müəyyən ölkələrin vətəndaşları üçün vizasız giriş hüququnun sərtləşdirilməsinə və qeyri-qanuni miqrasiyaya qarşı mübarizəyə xidmət edir
Daxili İşlər Nazirliyi - Hökumətin fərmanında dəyişikliklər müəyyən ölkələrin vətəndaşları üçün vizasız giriş hüququnun sərtləşdirilməsinə və qeyri-qanuni miqrasiyaya qarşı mübarizəyə xidmət edir

 

Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatına əsasən, müxtəlif media vasitələrində və sosial şəbəkədə yanlış şərhlə, məqsədli şəkildə məlumat yayılır ki, guya aprelin 17 – də hökumətin fərmanında edilmiş dəyişiklik bir sıra ölkələrin vətəndaşları üçün Gürcüstan sərhədindən girişi asanlaşdırır.

Daxili İşlər Nazirliyinin izahatına əsasən, fərmana edilən dəyişikliklər müəyyən ölkələrin vətəndaşları üçün Gürcüstana vizasız giriş hüququnun sərtləşdirilməsinə və qeyri-qanuni miqrasiyaya qarşı mübarizəyə xidmət edir.

“2025-ci ilin aprelin 17-də qəbul edilmiş dəyişikliklər barədə ictimaiyyətə ətraflı məlumat vermək istərdik, bu dəyişikliklərlə vizalar və/və ya yaşayış icazələri sahibi olan əcnəbilərin Gürcüstana müvafiq müddət və şərtlərlə vizasız daxil olub qala biləcəyi ölkələrin siyahısı müəyyən edilib.

Müxtəlif media vasitələrində və sosial şəbəkədə yanlış şərhlə, məqsədli şəkildə məlumat yayılır ki, guya qeyd olunan dəyişiklik bir sıra ölkələrin vətəndaşları üçün Gürcüstan sərhədindən girişi asanlaşdırır, bundan irəli gələrək, izah edirik ki, 2025-ci ilin aprelin 17-də “Vizalar və/və ya yaşayış icazələri sahibi olan əcnəbilərin Gürcüstana müvafiq müddət və şərtlərlə vizasız daxil olub qala biləcəyi ölkələrin siyahısının təsdiq edilməsi haqqında” Gürcüstan hökumətinin 2015-ci ilin 5 iyun tarixli fərmanına edilmiş dəyişikliklər müəyyən ölkələrin vətəndaşları üçün Gürcüstana vizasız giriş hüququnun sərtləşdirilməsinə və qeyri-qanuni miqrasiyaya qarşı mübarizəyə xidmət edir.

Fərmanın düzəlişlər edilməmişdən əvvəlki variantına əsasən, sadalanan ölkələrin vətəndaşlarının Körfəz ölkələrinin vizası və ya yaşayış icazəsi olduqda, düzəlişlər edilənə qədər də Gürcüstana daxil olmaq hüququ var idi, lakin vizanın etibarlılıq müddəti müəyyən edilmədiyi üçün müvafiq olaraq qeyd olunan ölkələrə münasibətdə tələblər sərtləşdirilib.

Gürcüstana giriş (sərhədi keçmə) günü çoxdəfəlik vizanın və/və ya yaşayış icazəsinin etibarlılıq müddəti 1 ildən az deyilsə, bu da səyahət sənədi və/və ya digər müvafiq sənədlə təsdiqlənməlidir, Körfəz ölkələrinin vizaları və/və ya yaşayış icazələri artıq onlara Gürcüstana vizasız daxil olmaq və qalmaq hüququnu verməyəcək.

Xüsusilə, məhdudiyyət Körfəz ölkəsinin viza və yaşayış icazəsinə malik Əfqanıstan İslam Respublikası, Banqladeş Xalq Respublikası, Qana Respublikası, Efiopiya Federativ Demokratik Respublikası, Eritreya Dövləti, Yəmən Respublikası, Kamerun Respublikası, Kot-d’İvuar Respublikası, Konqo Demokratik Respublikası, Mərakeş Krallığı, Nigeriya Federativ Respublikası, Pakistan İslam Respublikası, Somali Federativ Respublikası, Suriya Ərəb Respublikası, Sudan Respublikası, Tanzaniya Birləşmiş Respublikası və Uqanda Respublikasının vətəndaşlarına şamil olunur” – Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.