Daxili İşlər Nazirliyi – Guya son 24 saatda Lars vasitəsilə Gürcüstan sərhədini Rusiyanın 20 000 vətəndaşının keçməsi ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil

19:33, 19.08.2026

 

Guya son 24 saatda Lars vasitəsilə Gürcüstan sərhədini Rusiyanın 20 000 vətəndaşının keçməsi ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil – bu barədə Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

Daxili İşlər Nazirliyinin qeyd etdiyi kimi, son 24 saatın göstəricilərinə əsasən, Lars buraxılış məntəqəsi vasitəsilə Gürcüstan sərhədini müxtəlif ölkələrin 7880 vətəndaşı keçib.

“Müxtəlif media vasitələrində və sosial şəbəkədə guya son 24 saatda Lars gömrük-buraxılış məntəqəsi vasitəsilə Gürcüstan sərhədini Rusiyanın 20 000 vətəndaşının keçməsi barədə məlumat yayılır.

İctimaiyyətin məlumatlandırılması məqsədilə izah etmək istəyirik ki, qeyd olunan məlumat həqiqətə uyğun deyil və ayrı-ayrı maraqlı şəxslər tərəfindən məqsədyönlü şəkildə dezinformasiyanın yayılmasına xidmət edir.

İzah edirik ki, son 24 saatın göstəricilərinə əsasən, Gürcüstan dövlət sərhədini Lars gömrük-buraxılış məntəqəsi vasitəsilə müxtəlif ölkələrin 7880 vətəndaşı keçib.

Həmçinin analoji dövrdə həmin buraxılış məntəqəsindən ölkəni müxtəlif ölkələrin 8406 vətəndaşı tərk edib.

Bütün maraqlı şəxsləri yoxlanılmamış məlumatı yaymaqdan, eləcə də müxtəlif göstəriciləri yanlış şərh etməkdən və təhrif olunmuş formada yaymaqdan çəkinməyə çağırırıq” – DİN-in bəyanatında deyilir.

Oxşar