Daxili İşlər Nazirliyi - Guya Gürcüstanda olan xarici ölkə vətəndaşı qadını qaçırmaları və ya onu qaçırmağa cəhd etmələri barədə yayılan məlumat həqiqətə uyğun deyil
Daxili İşlər Nazirliyi - Guya Gürcüstanda olan xarici ölkə vətəndaşı qadını qaçırmaları və ya onu qaçırmağa cəhd etmələri barədə yayılan məlumat həqiqətə uyğun deyil

 

Guya Gürcüstanda olan xarici ölkə vətəndaşı qadını – L.A.-nı qaçırmaları və ya onu qaçırmağa cəhd etmələri barədə sosial şəbəkədə yayılan məlumat həqiqətə uyğun deyil – bu barədə Gürcüstan Daxili İşlər Nazirliyində bildiriblər.

Onların məlumatına əsasən, polis tərəfindən hüquqi proses aparılır.

“Yayılan məlumatla əlaqədar dərhal hüquqi reaksiya verilib, L.A. ilə bağlı bütün müvafiq hallar öyrənilməyə başlanılıb. L.A. ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında ünsiyyət baş tutub. Ondan alınmış məlumata əsasən, ona qarşı təhdid və ya nəsə başqa cinayət baş verməyib. L.A. qurbanların sığınacağına yerləşdiriləcək” – DİN-də bildirirlər.