Daxili İşlər Nazirliyi qurumda həyata keçirilən kadr dəyişiklikləri ilə bağlı rəsmi məlumat yayıb

10:08, 10.06.2025

Gürcüstanın Daxili İşlər Nazirliyində kadr dəyişiklikləri aparılıb.

DİN-in verdiyi məlumata görə, aşağıdakı kadr dəyişiklikləri həyata keçirilib:

Mərkəzi Cinayət Polisi Departamentinin direktoru Teimuraz Kupatadze Mühafizə Polisi Departamentinin sədri vəzifəsinə təyin olunub;

Mərkəzi Cinayət Polisi Departamentinin direktor müavini Davit Kiknadze həmin departamentin direktoru təyin olunub;

Tbilisi Polis Departamentinin direktoru vəzifəsinə Vaja Siradze təyin olunub;

Tbilisi Polis Departamentinin direktor müavini Levan Maisuradze Patrul Polisi Departamentinin direktoru təyin olunub;

Tbilisi Polis Departamentinin direktoru Laşa Gogneiaşvili Kaxeti Polis Departamentinin direktoru təyin olunub;

Kaxeti Polis Departamentinin direktoru Teimuraz Kalandadze Mtsxeta-Mtianeti Polis Departamentinin direktoru təyin olunub;

Kvemo Kartli Polis Departamentinin direktoru vəzifəsinə Levan Kvitsiani təyin olunub;

Kvemo Kartli Polis Departamentinin direktoru Quram Naçvlişvili Samtsxe-Cavaxeti Polis Departamentinin direktoru təyin olunub;

Samtsxe-Cavaxeti Polis Departamentinin direktoru Ramaz Tatarashvili İmereti Polis Departamentinin direktoru təyin olunub;

İmereti Polis Departamentinin direktoru Zaza Tsxakaia Quriya Polis Departamentinin direktoru təyin olunub;

Şida Kartli Polis Departamentinin direktoru vəzifəsinə Tbilisi Polis Departamentinin direktor müavini Kaxaber Muradaşvili təyin olunub.

“Daxili İşlər Nazirliyində aparılan kadr dəyişiklikləri sistemin daha da gücləndirilməsi və inkişafına xidmət edir,” – deyə DİN bildirir.

Oxşar