Daxili İşlər Nazirliyi qulluq mövqeyindən istifadə etməklə başqasına məxsus külli miqdarda vəsaiti mənimsəmək ittihamı ilə Ermənistan vətəndaşını saxlayıb, Ukrayna vətəndaşına qarşı isə qiyabi ittiham irəli sürüblər
Daxili İşlər Nazirliyi qulluq mövqeyindən istifadə etməklə başqasına məxsus külli miqdarda vəsaiti mənimsəmək ittihamı ilə Ermənistan vətəndaşını saxlayıb, Ukrayna vətəndaşına qarşı isə qiyabi ittiham irəli sürüblər

 

Daxili İşlər Nazirliyi qulluq mövqeyindən istifadə etməklə başqasına məxsus külli miqdarda vəsaiti mənimsəmək ittihamı ilə Ermənistan vətəndaşını saxlayıb, Ukrayna vətəndaşına qarşı isə qiyabi ittiham irəli sürüblər.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, cinayət 11 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

“Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin İnsan Alverinə və Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə Şöbəsinin əməkdaşları keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, qabaqcadan əlbir olan qrup tərəfindən qulluq mövqeyindən istifadə etməklə başqasına məxsus külli miqdarda vəsaiti mənimsəmək ittihamı ilə 1977-ci il təvəllüdlü Ermənistan Respublikası vətəndaşı A.M.-ni saxlayıblar, 1976-cı il təvəllüdlü Ukrayna vətəndaşı R.T.-yə qarşı isə qiyabi ittiham irəli sürüblər. Cinayət 11 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər bioloji valideynlərlə surroqat analar arasında vasitəçi şirkət olan MMC “Kinderly Georgia”nı yaradıblar. Konkret olaraq, öhdəliklərin yerinə yetirilməsi məqsədilə MMC “Kinderly Georgia” surroqat anaların axtarışını həyata keçirir və bioloji valideynlər adından, onların nümayəndələri kimi onlarla müqavilələr bağlayırdı. İstintaqla həmçinin müəyyən edilib ki, təqsirləndirilən şəxslər MMC “Kinderly Georgia” adından Çin Xalq Respublikasının vətəndaşlarından böyük məbləğdə vəsait toplayıblar və bioloji valideynlərdən alınan vəsaiti surroqat anaların tibbi və gündəlik xərclərinin, eləcə də mənzil kirayəsi və müqavilə üzrə nəzərdə tutulan ödənişlərin qarşılanması üçün istifadə etmək əvəzinə, qulluq mövqeyindən istifadə etməklə bioloji valideynlərdən alınan vəsaiti qanunsuz olaraq mənimsəyiblər. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 182-ci maddəsinin 2-ci hissəsinin “a” və “d” yarımbəndləri, eləcə də 3-cü hissəsinin “b” yarımbəndi ilə aparılır” – DİN-in məlumatında deyilir.