Daxili İşlər Nazirliyi qrup halında zorakılığın təşkili və qrup halında zorakılıqda iştirak etmək faktları üzrə 7 nəfəri saxlayıb, onların üzərində aparılmış axtarış nəticəsində pirotexniki vasitələr və “Molotov kokteylləri” dəlil olaraq götürülüb
Daxili İşlər Nazirliyi qrup halında zorakılığın təşkili və qrup halında zorakılıqda iştirak etmək faktları üzrə 7 nəfəri saxlayıb, onların üzərində aparılmış axtarış nəticəsində pirotexniki vasitələr və “Molotov kokteylləri” dəlil olaraq götürülüb

 

Daxili İşlər Nazirliyi qrup halında zorakılığın təşkili və qrup halında zorakılıqda iştirak etmək faktları üzrə 7 nəfəri saxlayıb, istintaq hərəkətləri “İnadkarlar” hərəkatı, “Droa” və “Qirçi” partiyalarının ofislərində, eləcə də “Vahid Milli Hərəkat” partiyasının gənclər ofisində aparılır – bu haqda Mərkəzi Kriminal Polis Departamentin direktoru Teimuraz Kupatadze bildirib.

O bildirib ki, qrup halında zorakılığın təşkili və ona rəhbərlik etmək, qrup halında zorakılıqda iştirak etmək 9 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

“Yüksək ictimai maraqdan irəli gələrək, Daxili İşlər Nazirliyində qrup halında zorakılığın təşkilinə rəhbərlik və ya iştirak etmək və zorakılıq xarakterli hərəkətlərə açıq çağırış faktı ilə əlaqədar davam edən istintaq barədə ictimaiyyəti məlumatlandırmaq istərdik.

2024-cü ilin noyabrın 28-dən Rustaveli prospektində, parlament binasına bitişik ərazidə davam edən etiraz aksiyası nümayiş və ifadə azadlığı qanunu ilə müəyyən edilmiş normaları aşdı, indiyədək mütəşəkkil və intensiv xarakter daşıyan zorakılıq xarakteri aldı. Birbaşa efirlər vasitəsilə ictimaiyyət zorakılıq törədən qrupların həm insanların sağlamlığına müxtəlif dərəcəli xəsarətlər vurulmasında, həm də infrastruktura ziyan vurulmasında özünü göstərən aqressiv və destruktiv hərəkətlərini izləyir. Zorakılıq əməlləri nəticəsində 150-dən çox polis əməkdaşı, çoxlu sayda vətəndaş və media nümayəndəsi xəsarət alıb, həm fiziki, həm də hüquqi şəxslərin əmlakına ziyan dəyib, Tbilisi Meriyasının infrastrukturuna ziyan dəyib. Baş vermiş zorakılıq faktları ilə əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 225 və 239-cu prima maddələri ilə istintaq aparılır.

Cari istintaq çərçivəsində hakimin hökmü əsasında hüquq-mühafizə orqanlarının əməkdaşları dekabrın 4-ü səhər saatlarından Tbilisidə və Gürcüstanın müxtəlif bölgələrində istintaq hərəkətlərini həyata keçirməyə başlayıblar.

Əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində qrup halında zorakılığın təşkili və ona rəhbərlik etmək, qrup halında zorakılıqda iştirak etmək faktları üzrə polis 7 nəfəri saxlayıb :1990-cı il təvəllüdlü İ.A., 1999-cu il təvəllüdlü T.Q., 2005-ci il təvəllüdlü İ.M., 2004-cü il təvəllüdlü Q.Q., 2005-ci il təvəllüdlü Z.Ts., eləcə də keçmişdə mühakimə olunmuş: 1971-ci il təvəllüdlü V.K. və 1974-cü il təvəllüdlü V.K.

Törədilmiş cinayətlər 9 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

Həmçinin, təcili zərurət yarandığından 6 nəfərin şəxsi və yaşayış evlərində axtarış keçirilib. Hakimin hökmü əsasında “İnadkarlar” hərəkatı, “Droa” partiyası, “Qirçi” partiyasının ofislərində, eləcə də “Vahid Milli Hərəkat” partiyasının gənclər ofisində istintaq hərəkətləri aparılır. Hüquq-mühafizə orqanlarının əməkdaşları ofislərdən və şəxslərin üzərində aparılmış axtarış nəticəsində dəlil olaraq götürüblər : dəbilqələr, qaz əleyhinə dəbilqə, çoxlu sayda pirotexniki vasitələr, elektrik ötürücü avadanlıqlar, kompüter texnikası , “Molotov kokteylləri”, boyalar, müxtəlif növ məhlullar, bununla əlaqədar müvafiq ekspertizalar təyin edilib.

İctimaiyyətə məlumat vermək istərdik ki, Daxili İşlər Nazirliyində cari aksiyalar çərçivəsində zorakılıq törədən qruplar tərəfindən törədilmiş cinayət əməli ilə bağlı da Gürcüstan Cinayət Məcəlləsinin 187-ci və 353-cü prima maddələri ilə istintaq aparılır. İstintaq çərçivəsində bu vaxt üçün 6 nəfər saxlanılıb. Törədilmiş cinayətlər 7 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur. İstintaq cinayət törədən bütün şəxslərin müəyyən edilməsi və saxlanılması məqsədilə davam edir. Qanuna ziddi istənilən hərəkət polis tərəfindən hüquqi reaksiya ilə müşaiyət olunacaq” – Teimuraz Kupatadze bildirib.