Daxili İşlər Nazirliyi qrup halında zorakılıqda iştirak və polisə hücum faktları üzrə 3 nəfəri saxlayıb
Daxili İşlər Nazirliyi qrup halında zorakılıqda iştirak və polisə hücum faktları üzrə 3 nəfəri saxlayıb

 

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin və Tbilisi Polis İdarəsinin əməkdaşları həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində qrup halında zorakılıqda iştirak və polisə hücum faktları üzrə 3 nəfəri saxlayıblar.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, qrup halında zorakılıqda iştirak ittihamı ilə 2004-cü il təvəllüdlü N.C., polisə hücum ittihamı ilə isə 1999-cu il təvəllüdlü A.K. və əvvəllər narkotik cinayətinə görə mühakimə olunmuş 1993-cü il təvəllüdlü S.S. saxlanılıb.

Cinayətlər doqquz ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən N.C. Rustaveli prospektində keçirilən etiraz aksiyaları zamanı digər aksiya iştirakçıları ilə birlikdə sistemli və davamlı olaraq hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zorakılıq törədib. Həmçinin, o, Daxili İşlər Nazirliyinin əməkdaşlarına doğru onların sağlamlığına zərər vurmaq məqsədilə pirotexniki vasitələr atıb. Təqsirləndirilən A.K. cari ilin dekabrın 1-də Rustaveli prospektində aksiyanın gedişatı zamanı Daxili İşlər Nazirliyinin əməkdaşlarına dırnaqarası “Molotov kokteyli” atıb. Təqsirləndirilən S.S. cari ilin dekabrın 4-də Azadlıq meydanında keçirilən toplantıda dəyənəklə Daxili İşlər Nazirliyinin əməkdaşına hücum edib və baş nahiyəsinə xəsarət yetirib.
Baş vermiş faktlar üzrə istintaq Cinayət Məcəlləsinin 225-ci və 239-cu prima və 353-cü prima maddəsinin 1-ci hissəsi ilə aparılır.
Daxili İşlər Nazirliyində cari aksiyalar çərçivəsində zorakılıq törədən qruplar tərəfindən törədilmiş bütün cinayət əməlləri üzrə Cinayət Məcəlləsinin 187 və 353-cü prima maddələri ilə istintaq aparılır.
İstintaq çərçivəsində bu vaxt üçün 9 nəfər saxlanılıb. Həmçinin, qrup halında zorakılığın təşkili, ona rəhbərlik etmək və ya iştirak etmək və zorakılıq xarakterli hərəkətlərə açıq çağırışı nəzərdə tutan Cinayət Məcəlləsinin 225 və 239-cu prima maddələri ilə 8 nəfər saxlanılıb. Bir nəfər isə partlayış hazırlamaq ittihamı ilə saxlanılıb” – Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.