Daxili İşlər Nazirliyi qrup halında zorakılıqda iştirak ittihamı ilə bir nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin əməkdaşları həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində qrup halında zorakılıqda iştirak ittihamı ilə bir nəfəri 1997-ci il təvəllüdlü V.T.-ni saxlayıblar.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, cinayət 6 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Rustaveli prospektində davam edən aksiyalar zamanı qrup halında zorakılıqda iştirak edirmiş, hüquq-mühafizə orqanlarının əməkdaşlarına itaətsizlik edirmiş və onların istiqamətinə müxtəlif əşyalar atırmış.
Fakt üzrə istintaq Cinayət Məcəlləsinin 225-ci maddəsinin 2-ci hissəsi ilə aparılır.
Rustaveli prospektində aksiyalar zamanı qrup halında zorakılığın təşkili, ona rəhbərlik etmək və ya iştirak etmək və zorakılıq xarakterli hərəkətlərə açıq çağırış, eləcə də partlayışın hazırlanması, polisə hücum və əşyaya ziyan vurulması faktları üzrə istintaq Cinayət Məcəlləsinin 225-ci, 239-cu prima, 187-ci, 353-cü prima və 18-229-cu prima maddələri ilə aparılır” – qurumun məlumatında qeyd olunub.