Daxili İşlər Nazirliyi qəsdən adam öldürmə və adam öldürməyə cəhd ittihamı ilə "isti izlər"lə bir nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində qəsdən adam öldürmə və iki və ya daha çox şəxsə qarşı törədilmiş adam öldürməyə cəhd ittihamı üzrə keçmişdə mühakimə olunmuş və hazırda şərti cəza çəkən 2004-cü il təvəllüdlü D.Q.-ni “isti izlər”lə saxlayıblar.
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Tbilisidə qarşılıqlı mübahisə zəminində bıçaqla 4 nəfərə bədənin müxtəlif nahiyələrindən çoxsaylı xəsarətlər yetirib. Alınan xəsarətlər nəticəsində 1 nəfər xəstəxanaya aparıldıqdan dərhal sonra dünyasını dəyişib, 3 nəfərə isə müvafiq tibbi yardım göstərilir.
Həyata keçirilmiş istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi “isti izlər”lə saxlayıblar” – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 19-109-cu maddəsinin “l” yarımbəndi ilə istintaq aparılır. Cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.