Daxili İşlər Nazirliyi qəsdən adam öldürmə faktı ilə bağlı bir nəfəri həbs edib
Daxili İşlər Nazirliyi qəsdən adam öldürmə faktı ilə bağlı bir nəfəri həbs edib

Keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin Şida Kartli Polis İdarəsinin əməkdaşları qəsdən adam öldürməkdə təqsirli bilinən 1989-cu il təvəllüdlü G.M.-ni həbs ediblər. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Kaspi bələdiyyəsinin kəndlərindən birində 1940-cı il təvəllüdlü N.M.-nin başına küt alətlə xəsarət yetirərək, hadisə yerindən qaçıb”. Hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində təqsirləndirilən şəxs G.M isti izlərlə tutulub.

Qəsdən adam öldürmə faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq aparılır”. – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.