Daxili İşlər Nazirliyi qara bazarda dəyəri 19 milyon laridən çox olan 926 kiloqram narkotik vasitələri məhv edib
Gürcüstanın daxili işlər nazirinin əmri əsasında yaradılmış daimi fəaliyyət göstərən komissiya Gürcüstan miqyasında müxtəlif vaxtlarda keçirilmiş istintaq tədbirləri nəticəsində qanunsuz dövriyyədən çıxarılmış misli görünməmiş miqdarda – 926 kiloqram müxtəlif növ narkotik vasitələri məhv edib. Onların ümumi dəyəri qara bazarda 19 milyon laridən çoxdur. Məlumatı Daxili İşlər Nazirliyi yayır.
Qurumun məlumatına əsasən, Məhkəmə-Kriminalistika Departamentinin əməkdaşları xüsusi, müasir standartlara cavab verən yüksək temperaturlu sobada (insinerator) xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələri məhv ediblər, o cümlədən: “kokain”, “heroin”, “metadon”, “MDMA”, “alfa-PVP”, “ketamin”, “klefedron”, “buprenorfin”, “tramadol”, “kodein”, “diazepam” və “marixuana”. Həmçinin, müxtəlif adlarda psixotrop və yeni psixoaktiv maddələri.
“Mövcud qanunvericiliyə uyğun olaraq, müasir ətraf mühit standartlarına uyğun olaraq həyata keçirilən narkotik vasitələrin məhv edilməsi prosesində daimi fəaliyyət göstərən komissiyanın üzvü Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə Baş Prokurorluq və Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin nümayəndələri iştirak edirdilər.
Qeyd edilməlidir ki, sübut olaraq götürülmüş narkotik vasitələr xüsusi quraşdırılmış, beynəlxalq standartlara uyğun olaraq təchiz edilmiş anbarda saxlanılır. Cinayət işləri üzrə məhkəmə hökmü çıxarıldıqdan sonra isə məhv edilir” – Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.

