Daxili İşlər Nazirliyi fırıldaqçılıq faktı üzrə mütəşəkkil dəstənin 4 üzvünü saxlayıb
Tbilisi Polis Departamentinin Baş İstintaq İdarəsinin əməkdaşları Tbilisi, Batumi və Mtsxeta-Mtianeti bölgəsində həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində hakimin qərarı əsasında 4 nəfəri saxlayıblar.
“Mütəşəkkil dəstə tərəfindən törədilmiş külli miqdarda fırıldaqçılıqda ittiham olunaraq saxlanılan şəxslər: 2005-ci il təvəllüdlü A.T. və xarici ölkə vətəndaşları – 1988-ci il təvəllüdlü Q.M, 2002-ci il təvəllüdlü R.D. və 1997-ci ildə İ.K.
Cinayət 10 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
İstintaqla müəyyən edilib ki, bu il bir neçə ay ərzində Tbilisi miqyasında Daxili İşlər Nazirliyi və digər güc strukturlarının adından vətəndaşlarla əlaqə saxlayır və onların ailə üzvünün təqsiri üzündən yol-nəqliyyat hadisəsinin baş verdiyinə, problemin həlli üçün isə rüşvət şəklində müəyyən məbləğdə pul ödənilməsinin zəruriliyinə onları inandırırlarmış.
Vətəndaşlardan razılıq alınması halında onların yanına gedir, özlərini başqa ad və soyadla təqdim edir, pulu götürərək kriptovalyuta pul kisəsinə köçürürlərmiş.
Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri nəticəsində 61 vətəndaş zərər çəkib. Fırıldaqçılıq yolu ilə mənimsənilən məbləğ isə yarım milyon lari təşkil edib.
İstintaq Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin “b” yarımbəndi və 4-cü hissəsinin “a” yarımbəndi ilə aparılır” – Daxili İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən yayılmış məlumatda deyilir.