Daxili İşlər Nazirliyi əşyaya ziyan vurulması ittihamı ilə bir nəfəri saxlayıb

20:18, 01.12.2024

 
Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin əməkdaşları həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində keçmişdə oğurluğa, oğurluq cəhdinə, qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi və saxlanmasına görə mühakimə olunmuş və hazıra şərti cəza çəkən 1997-ci il təvəllüdlü A.M-ni od vurmaqla əşyaya ziyan vurmaq ittihamı ilə saxlayıblar.

“İstintaqla müəyyən edilib ki, siyasi partiyalardan birinin üzvü olan təqsirləndirilən şəxs cari ilin noyabrın 29-da Rustaveli prospektində aksiyanın gedişatı zamanı parlamentin binasının dirəyinə quraşdırılan İctimai Təhlükəsizliyin İdarəedilməsi Mərkəzi 112-nin balansında olan videomüşahidə kameralarının elektrik naqillərini və qida blokunu yandırıb, bununla da sözügedən qurğu zərər görüb və sıradan çıxıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.M.-ni təqsirləndirilən şəxs qismində saxlayıblar” – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsi ilə istintaq aparılır.

Cinayət 6 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

Oxşar