Daxili İşlər Nazirliyi (DİN) qəsdən adam öldürmə ittihamı ilə bir nəfəri həbs edib
Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları qəsdən adam öldürmə ittihamı ilə bir nəfəri həbs ediblər. Bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.
Qurumun məlumatına görə, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır və bu maddə 15 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.
Məlumatda bildirilir ki, müəyyən edilib: təqsirləndirilən şəxs Tbilisidə mübahisə zəminində başlayan fiziki qarşıdurma zamanı soyuq silahdan istifadə edərək bir kişinin sinə nahiyəsinə ölümcül xəsarət yetirib.
Hüquq-mühafizə orqanları keçirilən əməliyyat və istintaq tədbirləri nəticəsində cinayəti törədən şəxsi “isti izlərlə” saxlayıblar.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə davam edir.