Daxili İşlər Nazirliyi - Ciatura Munisipalitetində asayişin qorunması məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları səfərbər ediləcək, etiraz edən insanları qanunu pozmamağa çağırırıq
Ciatura Munisipalitetində asayişin və təhlükəsizliyin qorunması məqsədilə Daxili İşlər Nazirliyinin müvafiq bölmələrinin əməkdaşları səfərbər ediləcək – bu barədə DİN-in bəyanatında deyilir.
Qurum etirazın iştirakçılarını qanunu pozmamağa çağırır.
“Cari ilin aprelin 30-da Ciatura Munisipalitetində Koroxnali, Şukruti, İtxvisi və Darkveti mədənlərində mövcud vəziyyəti öyrənmək məqsədi ilə “Georgian Manganese”in törəmə şirkəti MMC “Chiatura Management Company”nin nümayəndələri müvafiq sahənin mütəxəssisləri ilə birlikdə monitorinq aparacaqlar.
İctimaiyyətə məlum olduğu kimi, son vaxtlar Ciatura Munisipalitetində mədənlərdə işlə təmin olunmuş insanların bir hissəsi etirazını bildirir. Bundan irəli gələrək, ərazidə asayişin və təhlükəsizliyin qorunması məqsədilə Daxili İşlər Nazirliyinin müvafiq bölmələrinin əməkdaşları səfərbər ediləcək.
Etiraz edən insanları qanunu pozmamağa çağırırıq. Qanun pozuntusunun hər bir faktına polis tərəfindən müvafiq hüquqi reaksiya veriləcək” – DİN-in bəyanatında deyilir.