Daxili İşlər Nazirliyi - bu gün və yaxın günlərdə keçirilən hər hansı yığıncağın dünənki cəhdin davamı olduğunu hesab etməyə əsasımız var və müvafiq tədbirlər görəcəyik
Daxili İşlər Nazirliyi - bu gün və yaxın günlərdə keçirilən hər hansı yığıncağın dünənki cəhdin davamı olduğunu hesab etməyə əsasımız var və müvafiq tədbirlər görəcəyik

Gürcüstan Daxili İşlər Nazirliyi bildirib ki, nazirlik bu gün və yaxın günlər ərzində qanun pozucularını müəyyən etmək və onlara qarşı qanunun icrasını təmin etmək məqsədilə müvafiq tədbirlər görəcək.

“İctimaiyyətə məlum olduğu kimi, dünən hakimiyyətin devrilməsi məqsədi ilə yığıncaq keçirilib. Yığıncaq tezliklə qanunsuz xarakter aldı və bunun nəticəsində Gürcüstan Daxili İşlər Nazirliyi qanunun qorunmasını təmin etmək üçün ən yüksək hüquqi standartlara uyğun proporsional tədbirlər həyata keçirdi.

Gürcüstan Daxili İşlər Nazirliyi bu gün və yaxın günlər ərzində qanun pozucularını müəyyən etmək və onlara qarşı qanunun icrasını təmin etmək məqsədilə müvafiq tədbirlər görəcək.

Bununla yanaşı, dünən baş verən hadisələrdən çıxış edərək, bu gün və yaxın günlər ərzində keçiriləcək hər hansı yığıncağın dünənki cəhdin davamı olduğunu hesab etməyə əsasımız var və ictimai qayda-salamətə və təhlükəsizliyə təhlükə yaranmaması üçün müvafiq tədbirlər görəcəyik.

Hamını bu vəziyyəti nəzərə almağa və onların barəsində hüquqi tədbirlərin tətbiqinə əsas ola biləcək hər hansı hərəkətlərdən çəkinməyə çağırırıq”, — deyə nazirliyin bəyanatında bildirilib.