Daxili İşlər Nazirliyi - Bloger Dodi Xarxelinin evində istintaq hərəkətləri aparılır, o saxlanılmayıb
Daxili İşlər Nazirliyi - Bloger Dodi Xarxelinin evində istintaq hərəkətləri aparılır, o saxlanılmayıb

 
Bloger Dodi Xarxelinin evində istintaq hərəkətləri aparılır. Birinci Kanalın məlumatına əsasən, Dodi Xarxeli və onun həyat yoldaşı istintaq hərəkətlərində iştirak edir.

İctimai fəalın yaxınları və dostları onun evinin yaxınlığına toplaşıblar. Onların izahatına əsasən, polis Dodi Xarxelini övladını uşaq bağçasına qoyduqdan və sonra evə apardıqdan sonra götürüb. Bununla yanaşı, ailə üzvləri deyiblər ki, Dodi Xarxelinin bir az bundan əvvəl evdən çıxan azyaşlı övladı da həmin vaxt mənzildə olub.

Daxili İşlər Nazirliyinin bəyanatına əsasən, istintaq hərəkətləri cinayət işlərindən biri çərçivəsində aparılır. Nazirliyin izahatına əsasə, bloger saxlanılmayıb.

Hadisə yerinə kriminal polis idarəsinin əməkdaşları səfərbər olunub.