Daxili İşlər Nazirliyi - Batumidə, Ninoşvili küçəsində yerləşən obyektlərdən birində atışma nəticəsində xarici ölkə vətəndaşı qətlə yetirilib
Daxili İşlər Nazirliyi - Batumidə, Ninoşvili küçəsində yerləşən obyektlərdən birində atışma nəticəsində xarici ölkə vətəndaşı qətlə yetirilib

 

Batumidə, Ninoşvili küçəsində yerləşən obyektlərdən birində atışma nəticəsində xarici ölkə vətəndaşı qətlə yetirilib – bu barədə Gürcüstan Daxili İşlər Nazirliyində bəyan ediblər.

Onların məlumatına əsasən, istintaq qəsdən adam öldürmə və odlu silahın qanunsuz olaraq əldə edilməsi, saxlanılması və gəzdirmə faktları üzrə aparılır.

“Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizliyin İdarəedilməsi Mərkəzi – 112-yə Batumidə, Ninoşvili küçəsində yerləşən obyektlərdən birində atışma olması barədə bildiriş daxil olub. Bildirişi alan kimi Daxili İşlər Nazirliyinin müvafiq bölmələrinin nümayəndələri dərhal hadisə yerinə gediblər. Odlu silahdan açılan atəş nəticəsində xarici ölkə vətəndaşının qətlə yetirildiyi müəyyən edilib. Qəsdən adam öldürmə və odlu silahın qanunsuz olaraq əldə edilməsi, saxlanılması və gəzdirmə faktları üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108 və 236-cı maddələri ilə aparılır. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bütün müvafiq istintaq hərəkətləri görülür” – Daxili İşlər Nazirliyində bildirirlər.